“Gilabi Ceramics Laçın” yeni imkanlar açır

“Gilabi Ceramics Lachın” regionun yaradıcılıq mərkəzinə çevrilməkdədir. Yerli sənətkarların hazırladıqları keramika nümunələri Laçının təbiətini, rəmzlərini və mədəni irsini özündə əks etdirir.
“Gilabi Ceramics Lachın” bölgənin daha yaxşı tanıdılmasına da mühüm töhfə verir. Yaradıcılıq mərkəzi böyüdükcə, prosesə yeni sənətkarlar cəlb olunur. Bu isə əlavə iş yerlərinin yaradılması deməkdir.