İslamabadın abadlaşdırılmasında Azərbaycan nümunəsi
Prezident İlham Əliyevin Pakistana səfəri çərçivəsində Baş nazir Məhəmməd Şahbaz Şərifə İslamabadın abadlaşdırılması planı təqdim olunub.
Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilən planla bağlı Məhəmməd Şahbaz Şərif bu fikirləri səsləndirib: “Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq”.
Azərbaycanın dövlət başçısı isə İslamabadın abadlıq işlərində iştirak etməyin böyük məsuliyyət və şərəf olduğunu dilə gətirib. Qeyd edib ki, artıq bununla bağlı nümayəndə heyətinin rəhbəri və heyət ezam edilib: “Onlar müəyyən vaxt ərzində burada olublar. Onlar hörmətli Baş nazirə təqdim etdiyimiz layihənin ilk variantını hazırlayıblar. Onlar baxacaqlar, nəzərdən keçirəcəklər və əgər layihə təsdiqlənərsə, o, öz heyəti ilə dərhal buraya gələcək və gözəl şəhəri daha da gözəlləşdirmək üçün hər şeyi edəcəklər”.