Prezident Gəncədə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərinin gedişatı ilə tanış olublar.
Qeyd edilib ki, “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü yenilənib. 49 küçə və prospektdə işıqlandırma sistemləri qurulub, 62 ünvanda fasad işıqlandırması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri aparılıb, 27 min kvadratmetr piyada yolu bərpa olunub.