Bakı gecələri daha işıqlı

Müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edən Bakının siması gün-gündən dəyişir, gözəlləşir. İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası ilə bağlı dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar da paytaxtın mərkəzi küçələrini parlaq, işıqlı görürlər.
Sözügedən tədbir ərəfəsində şəhərdə işıqlandırma və yaşıllaşdırma ilə bağlı yeni layihələr həyata keçirilib. COP 29 sessiyasından sonra davam etdirilməsi nəzərdə tutulan bu layihələrə cəlb edilməsi Bakı Abadlıq Xidməti üçün qürurvericidir.