Az

Şəhər mərkəzindəki tarixi qapı bərpa olunur

27 noyabr, 2026 08:11

Bakının Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən binada sahibkarın qanunsuz müdaxiləsi ilə çıxarılan qapı yenidən öz yerinə qaytarıldı. Yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirən mütəxəssislər müəyyən ediblər ki, binanın giriş qapısı çıxarılıb, tarixi qapının yerinə şüşə konstruksiyalı yeni qapı qoyulub. Bu zaman tarixi qapıya xətər yetirilib, qapının çərçivəsi zədələnib.  

Bakı Abadlıq Xidmətinin baş memarı Rüfət Quliyevin dediyinə görə, hazırda tarixi abidə üzərində bərpa-rekonstruksiya işi aparılır. Təcrübəli peşəkar bərpaçılar prosesi tamamlayandan sonra qapı öz yerinə qaytarıldı.

Xatırladaq ki, sözügedən ünvandakı tarixi taxta qapının icazəsiz şəkildə çıxarılaraq adi şüşə konstruksiya ilə əvəzlənməsi ictimaiyyətin sərt narazılığına səbəb olub. Hadisədən xəbər tutan aidiyyəti orqanlar - Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, həmçinin Bakı şəhər İcra Hakimiyyəti hadisəyə dərhal reaksiya veriblər. Qapının bərpası və yenidən yerinə qaytarılması ilə Bakı Abadlıq Xidməti məşğul olur.

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR