Az

Bakı Zooloji Parkında uşaqlar üçün əyləncə günləri keçirilir

09 noyabr, 2026 11:11

Bakı Zooloji Parkı və Bakı Abadlıq Xidməti uşaqlarda canlı təbiətə marağı artırmaq, onlarda heyvanlar aləminə sevgi və qayğı hissini gücləndirmək məqsədilə yeni layihəyə başlayıb.

Layihə çərçivəsində Bakı Zooloji Parkında hər ay uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq. Məqsəd hər ziyarəti uşaqlar üçün daha maraqlı, əyləncəli və unudulmaz etməkdir.

Əyləncə günləri həm xüsusi günlərdə, həm də adi günlərdə keçiriləcək. Tədbirlərlə bağlı elanlar Bakı Zooloji Parkının rəsmi sosial media səhifəsində paylaşılacaq.

VİDEO

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR