Milli qəhrəmanın məhəlləsində abadlıq
İməciliklər insanların əlbir olaraq xeyirxah işlər görməsi üçün ən yaxşı fürsətdir. Maştağa qəsəbəsinin Savalan massivində, Milli Qəhrəman Koroğlu Rəhimovun ailəsinin yaşadığı məhəllədə sakinlərin başlatdığı iməcilik ənənəsinə Vətən müharibəsi qazilərinin də qoşulması təşəbbüsə xüsusi məzmun qazandırıb. Sakinlərin fəal iştirakı ilə keçirilən iməcilik çərçivəsində məhəllədə abadlıq işləri aparılıb. Öz qüvvələri və səyləri ilə qəsəbənin abadlaşmasına töhfə vermək istəyən sakinlərin təşəbbüsünə Bakı Abadlıq Xidməti də dəstək göstərib. Beləliklə, Maştağa qəsəbəsində daha bir məhəllə abad görkəm alıb.




