Film kimi yazı

11 July, 2024 14:07

Aqil Abbasın Laçın səfəri barədə təəssüratları geniş oxucu kütləsinə təqdim olunub. 

 

Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə Laçında ilk dəfə keçirilən “Xalça belə yarandı” sərgisinə dəvət olunan mötəbər qonaqlardan biri, “Şöhrət” ordenli yazıçı, millət vəkili Aqil Abbasın “Laçınım, Laçınım, Laçınım mənim” adlı publisistik yazısı 11 məqalədən ibarətdir. İyunun 2-dən iyulun 9-dak “Ədalət” saytında hissə-hissə yerləşdirilən materialda müəllifin sərgidə gördükləri ilə yanaşı işğala qədərki Qarabağla bağlı hafizəsində yaşayan dəyərli xatirələri də əks olunub.

 

“Bu, mənim 38 il əvvəl gördüyüm Laçın deyildi. İsveçrənin dağ qəsəbələrindən heç də geri qalmayan, dağ memarlığı  üslubunda yüksək səviyyədə tikilmiş bir Laçın gördük. Yəqin ki, rəhmətlik Süleyman Rüstəm sağ qalsaydı və bu Laçını görsəydi yazardı: Cənnət görmək istəyən Laçına gəlsin!

 

Laçına girişdə gözümə ilk sataşan küçənin adı oldu: «Xosrov bəy Sultanov» küçəsi.

Bu şəhəri salanlara  eşq olsun ki, Laçın Xosrov bəy Sultanovla başlayır”.

Abadlıq.az saytı Aqil Abbasın silsilə yol qeydlərini oxucularına təqdim edir.

Ətraflı

 

ƏN ÇOX OXUNANLAR