Park və bağların landşaft dizaynı üçün “Green Garden” 250-dən çox seçim təklif edir

14 November, 2024 19:11

BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı ərəfəsində Bakının yaşıllaşdırma prosesində Bakı Abadlıq Xidmətinə həvalə edilmiş layihələri "Green Garden" şirkətinin peşəkar heyəti həyata keçirdi.

Hava limanından şəhərə aparan yollarda - Zığda, Bilgəh-Pirşağı şossesində, Dövlət Bayrağı Meydanında və digər ərazilərdə həm yerli, həm də xaricdən gətirilən yüzlərlə ağac, yüz minlərlə bitki əkildi, nəticədə böyük ərazilər yaşıl örtüyə büründü.

Landşaft dizaynında, bağların və parkların yaşıllaşdırılmasında liderlər sırasında olan şirkət fərdi sifarişçilərlə də əməkdaşlıq edir. Günü bu gün şirkətə müraciət edənlərə 250-dən çox bitki, çiçək, ağac növləri təklif olunur. İmkanlar geniş, çeşid çox, təcrübə böyük, tövsiyələr müxtəlifdir. Bağlar üçün özəl dizayn təklifindən tutmuş layihənin icrasına və  peşəkar qulluğa qədər bütün işlər "Green Garden"in mütəxəssislərinə etibar edilir. 

Şirkətin kiçik təqdimat çarxını Bakı Abadlıq Xidmətinin İnstaqram səhifəsindən  izləyə bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

VİDEO

ƏN ÇOX OXUNANLAR