Az

Kənd təsərrüfatı naziri Bakı Abadlıq Xidmətinin stendində

09 may, 2026 11:05

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və nazir Məcnun Məmmədov 19-cu “Caspian Agro Week” sərgisində Bakı Abadlıq Xidmətinin stendini ziyarət edib. Şirkətin Laçındakı “Zerti” Aqro-Sənaye Parkında yaratdığı müəssisələrin məhsulları ilə tanış olan Nazir işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının dirçəlməsinə böyük önəm verildiyini vurğulayıb. O cümlədən cənab nazir Laçın dağlarından yığılmış şəfalı bitki kolleksiyasının, “Can Laçın” brendinin orqanik yağlarının, delikates ət məhsullarının yerli bazarlarda tanıdılmasının vacibliyini qeyd edib, “Həkəri” Balıqçılıq Təsərrüfatının uğurları barədə mütəmadi məlumatlandırıldığını söyləyib.

 

Bakı Abadlıq Xidmətinin əməkdaşı Elnur Abdullayev nazirə şirkətin yeni fəaliyyət istiqamətləri barədə danışıb. Yundan hazırlanan keçə məhsulu – mulça örtükləri xüsusi maraqla qarşılanıb. Belə ki, mulça örtüyünün təbii gübrə kimi bitkiçiliyin inkişafında böyük faydalarının xatırlanması ölkədə ildə 15 min tondan artıq istehsal edilən və istifadəsiz qalan yunun düzgün tətbiqinə yol açır.


Nazirlik əməkdaşları “Pirshagi - Lachın” Ayaqqabı fabrikinin xüsusi dizaynla hazırlanmış keçə ayaqqabılarının sərgidəki nümunələrini, “Latifa” Tikiş Fabrikinin istehsalı olan uniformaları diqqətəlayiq keyfiyyətli məhsul kimi dəyərləndiriblər.


Bakı Abadlıq Xidmətinin beynəlxalq sərgidəki çoxçeşidli və zövqlü təqdimatını bəyəndiklərini söyləyən qonaqlar stendin qarşısında şirkətin əməkdaşları ilə birgə foto çəkdiriblər.

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR