Tarixi binalar canlandı

COP-29 çərçivəsində şəhərin dəyişən siması qonaqları valeh etdiyi kimi paytaxt sakinlərinin də ürəyincə oldu.
“Bakı Abadlıq Xidməti”nin əməkdaşları 8 ay ərzində şəhərdə aparılan geniş təmir-bərpa işlərinə qoşuldular. 250-dən çox memarlıq abidəsinin təmizlənməsinə, bərpasına yönəlmiş hər layihə Mədəniyyət Nazirliyinin və müvafiq qurumların nəzarəti altında həyata keçirildi.
“Bakı Abadlıq Xidməti”nə həvalə olunmuş 800-dən artıq bina üzərində iş getdi, paytaxtın mərkəzi küçələrindəki tikililər bəzi hallarda əsaslı təmir edilməklə və ya fasadı rənglənib yenilənərək Bakının memarlıq ansamblında yerini aldı.
Abadlıq.az həmin binaların təmirdən əvvəlki və sonrakı fotolarını oxuculara təqdim edir.