Az

Bakı Abadlıq Xidmətinə təcili tapşırıq

04 aprel, 2026 12:04

Xəbər verildiyi kimi, Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə ciddi xələl gətirən şəxslərin əməlləri vandalizm aktı kimi qiymətləndirilib.

Bu xoşagəlməz mənzərənin aradan qaldırılması ilə bağlı tapşırığı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  ilə birgə həyata keçirən Bakı Abadlıq Xidmətinin mütəxəssisləri artıq iş başındadırlar. Yazılar olan hissələrdə divarlardakı alt qat səliqəylə sökülüb, binanın rənginə tam uyğun boya çaları  müəyyən edilib. Yaxın günlərdə binanın əvvəlki görkəmi tamamilə bərpa olunacaq.

Bu cür obyektlər ümumi memarlıq irsinin bir hissəsi olmaqla yanaşı, Bakı tarixinin də ayrılmaz parçasıdır. Tarix isə kənar müdaxilələrdən qorunmalı, gələcək nəsillərə əmanət edilməlidir.

 

 

ƏN ÇOX OXUNANLAR