Laçında dam örtükləri istehsalı

Laçının “Zerti” Aqrosənaye Parkında yüksək keyfiyyətli dam örtükləri istehsal edilir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisədə hazırlanan dam örtükləri ağırlığa davamlılığı, uzunömürlüyü, istənilən iqlim şəraitinə uyğun olması ilə fərqlənir.
İstehsal zamanı həm yerli, həm də xarici xammaldan istifadə olunur. Bu dam örtükləri Laçın rayonunda inşa edilən bir çox evdə uğurla tətbiq olunub və artq özünü doğruldub. Məhsullar həm fərdi yaşayış evləri, həm də ofis və iş yerləri üçün ideal həll təklif edir.
Müəssisədə istehsal olunan dam örtükrlərini Şərqi Zəngəzur, Qarabağ və Azərbaycanın digər bölgələrinə çatdırılma imkanı var.