Balaxanı və Ramana: Sənət əsərləri ilə bəzənmiş küçələr

28 December, 2024 18:12

Balaxanı və Ramana küçələrindəki bədii döymə sənətinə aid nümunələr bir sənətkarın əl işləridir.

Bakı Abadlıq Xidməti sənətə dəstək olaraq, yerli sənətkarların əl işlərini almağı və onlardan abadlaşdırmada istifadə etməyi ənənə halına gətirib. Bununla kəndlərdə sakinlər daim sənət əhatəsində olur, yeni nəsil - uşaqlar, gənclər yaradıcılığa təşviq edilir və müasir abadlıqla tarixi elementlər ahəngdar şəkildə birləşdirilir.

Bu məqsədlə Xidmət abadlıq işləri zamanı bədii döymə ustası, 40 illik sənət təcrübəsi olan Əzizbala Dadaşovun əsərlərindən faydalanıb. Balaxanılı rəssamın unikal əl işləri bu qəsəbələrin küçə və döngələrini bəzəyərək tarixi və mədəni irsi vurğulayır. 

Rəssam bu əməkdaşlıqdan çox məmnundur: “Bakı Abadlıq Xidməti Balaxanıya gələndə təmir işləri ilə əlaqədar mənə çoxlu işlər sifariş verdi. Bu əsərlər hal-hazırda Balaxanı və Ramana kəndlərinin küçələrini bəzəyir və xoş bir hissdir ki, öz əsərlərimi doğma kəndimizin küçələrində görürəm."

 

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR