“Orada bir kənd var” – Abşeronda

12 July, 2024 17:07

Azərbaycan televiziyasının məşhur layihəsi  bu dəfə abad Bakı kəndlərinin qonağı olub.

 

“Orada bir kənd var” layihəsinin müəllifi və aparıcısı Günel Habilqızı deyir ki,  heyət indiyədək Azərbaycanın 35  kəndindən film hazırlayıb. Filmlərin məqsədi yalnız ayrı-ayrı kəndlər barədə məlumat vermək deyil. Hər kəndin bugünkü və tarixi həqiqətləri, ənənələri və özəl cəhətləri, inancları və yerli adətləri, insanların həyat hekayələri tamaşaçılara təqdim olunur. Heç bir filmin də biri digərinə bənzəmir.

 

Yaradıcı heyət bu dəfə Abşeronun ən abad məkanlarını - Balaxanı, Əmircan və Ramana kəndlərini lentə alıb. Tamamilə fərqli üslubda, orijinal bir təqdimatla hazırlanan filmlər Azərbaycan Televiziyası ilə efirə gedib.

 

Hər üç filmin rejissoru Orxan Cahangir, operatorları Vüqar Şıxəliyev, Azad Arifoğlu və Nicat Nağızadə, montaj rejissoru Arzum Nuruşzadədir. Bakı kəndləri bir-bir abadlaşdıqca, heç şübhəsiz, hər biri haqda belə filmlər çəkiləcək.

 

BALAXANI

RAMANA

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR