Qədim Xilə gülüstana çevrilir

Söhbət həqiqi dekorativ güllərdən, çiçəklərdən gedir. 2020-ci ildən etibarən Abşeronun bu tarixi kəndində abadlıq və yenidənqurma işləri aparan Bakı Abadlıq Xidməti burada da öz iş prinsiplərinə sadiqdir.
Təmir-bərpa işlərilə yanaşı, Bakı kəndlərinin yaşıllaşdırılması, yeni parkların salınması abadlığın əsas xətti sayıldığından 6 sotdan artıq ərazidə parniklər salınıb. Parniklərdə 12 mindən çox dekorativ bitki əkilib.
Kənddəki fəaliyyətinin ikinci ilində şirkət Əmircanda da sosial proqram həyata keçirməyə başlayıb. Kənd camaatı bu işə həvəslə qol qoyublar. Hazırda 54 həyətdə yüzlərlə növbənöv gül becərilir. Gülçülüklə məşğul olan kənd əhalisi öz həyətində gördüyü bu işə görə məvacib də alır. Bu sosial layihə yaşıllaşdırmanın inkişaf etdirilməsilə yanaşı əhalinin məşğulluq probleminin qismən də olsa həll edilməsi deməkdir.
Kənd sakinlərinin evlərində və parniklərdə yetişdirilən bu qədər gül ümumilikdə kəndin simasının dəyişməsinə xidmət edir. Əmircanda gedən abadlıq işləri çərçivəsində parklar, bağlar, yol kənarları yaşıllaşdırılır. Bu gedişlə yaxın zamanda bu kənddə də necə deyərlər, gül gülü çağıracaq. Elə Bakı Abadlıq Xidməti üçün əsas prioritetlərdən biri də budur.