Qafur Məmmədov parkı

28 April, 2025 13:04

Qafur Məmmədov adını daşıyan parka “Bayıl bağı” da deyirlər. Sakinlərin sevimli istirahət məkanıdır. Körpələr, uşaqlar bu sakit parkdakı yaşıllıqda təmiz hava alırlar, əylənirlər.

 

"Bakı Abadlıq Xidməti" də xüsusi diqqət edir ki, parkın səliqə-sahmanı pozulmasın. Vaxtaşırı yeni ağac və çiçəklər əkilir, bitkilərə mütəmadi qulluq göstərilir. Daş döşəmələr hər gün yuyulur. Suvarma və təmizlik işləri parkın baxımlı qalmasını təmin edir.

 

Bütün bu işlər ərazinin ekoloji baxımdan sağlam, oksigenlə zəngin bir məkana çevrilməsinə xidmət edir. Sakinlərin rahat və xoş istirahəti üçün parkda hər cür şərait yaradılıb.

 

VİDEO

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR