Az

Maştağa qəsəbəsində abadlığın ilk nəticələri

23 may, 2026 21:05

Bakı Abadlıq Xidmətinin Maştağa kəndində həyata keçirdiyi təmir-bərpa işlərinin bir hissəsi tamamlanıb. Bu dəfə kənd camaatının Xunxarlar məhəlləsi dediyi Mirəli Mirəliyev küçəsində xüsusi səliqə-sahman yaradılıb.


Evlərin dam örtükləri yenilənib, fasadlar təmir olunub. Darvazalar, qapılar rənglənib. Küçəyə daş örtüyü döşənib, işıqlandırma sistemi yenilənib - divarlara bralar vurulub.


Küçəyə skamyalar qoyulub, söhbətgah qurulub. Dekorativ gül dibçəkləri, evlərin divarlarında, pəncərələrdə aparılan dekor-dizayn işləri buranı cəlbedici məkana çevirib.


Ümumdünya Şəhərsalma təcrübəsindən irəli gələn tələblərə uyğun olaraq insan amili önə çəkilib - hər şey insanların rahatlığı üçün düşünülüb - insan məskənləri daha əlçatan və dayanıqlı, daha təhlükəsiz və daha zövqoxşayan olacaq.


Maştağadakı təmir-bərpa davam edir. Kənd küçə-küçə, məhəllə-məhəllə abadlaşacaq.

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR