Qusarda ekoloji layihə

16 May, 2025 15:05

Qusar rayonunda “Bakı Abadlıq Xidməti” tərəfindən həyata keçirilən layihə bölgənin sosial və ekoloji inkişafına mühüm töhfə verir. Əvvəl çöllük olan 20 hektarlıq ərazi bu gün yaşıllaşdırma işlərinin aparıldığı məkana çevrilib.

 

Burada müxtəlif bitkilərin əkilməsi və becərilməsi müasir texnologiyalarla həyata keçirilir. Bitkilər mütəmadi olaraq gübrələnir, budanır və qablaşdırılır.

 

Ərazidə yerli sakinlərin çalışması bölgə əhalisinin məşğulluğuna da müsbət təsir göstərir və gənclər arasında peşəkar bacarıqlara yiyələnən yeni nəsil mütəxəssislər yetişir.

 

Məqsəd yaşıllaşdırma layihələri üçün öz resurslarımızı yaratmaq, sağlam və orqanik bitkilər yetişdirməkdir. Bu cür layihələr təkcə təbiətə töhfə deyil, həmçinin iqtisadiyyata və gələcək nəsillərə yönəlmiş addımlardır.

 

VIDEO

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR